Cəlilabadda AĞIR QƏZA - çox sayda yaralı var

Cəlilabadda AĞIR QƏZA - çox sayda yaralı var

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb. Hadisə nəticəsində 1-i azyaşlı olmaqla 4 nəfər xəsarət alıb.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə hadisə axşam saatlarında rayonun Soltankənd–Zəhmətabad avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan BMW markalı avtomobilin sürücü idarəetməni itirib. Nəticədə avtomobil təxminən 50 metrlik hündürlükdən aşıb. Qəza zamanı avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya hospitalizasiya olunublar. Onlar Yardımlı rayon sakini, 1980-ci il təvəllüdlü Elburus Fərman oğlu Qafarov, Sumqayıt şəhər sakinləri 2003-cü il təvəllüdlü Zəhra Əlizamin qızı Qafarova, 2012-ci il təvəllüdlü S. Qafarov və 2025-ci il təvəllüdlü M. Məmmədova olublar.

Faktla bağlı araşdırma aparılır.