Mehdiyev işi: DTX həbslərə başladı – YENİLƏNİB

Mehdiyev işi: DTX həbslərə başladı – YENİLƏNİB

2:15

Hüquq-müfahizə orqanları Hurriyyet TV-də əməliyyat keçirib.

NOCOMMENT.az Bakupost.az-a istinadla xəbər verir ki, əməliyyat zamanı “Hürriyyət” qəzeti, eyniadlı Hurriyyet.az saytı və Hurriyyet TV-nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.

Qeyd olunur ki, həmçinin Hurriyyet TV-nin ofisində axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb.

***

Bundan başqa, Azərbaycan Demokrat Partiyasının qərargahında yerləşən “Futbol+” qəzetinin redaksiyasında da əməliyyat keçirilib. Əməliyyat zamanı qəzetin baş redaktoru Mahir Rüstəmli saxlanılsa da, bir müddət sonra o, sərbəst buraxılıb.

Bu əməliyyatın Ramiz Mehdiyev olayı ilə bağlı ola biləcəyi ehtimal olunur.