Tanınmış fotoqraf QƏZAYA DÜŞDÜ

Tanınmış fotoqraf QƏZAYA DÜŞDÜ

Tanınmış fotoqraf Valeh Arifoğlu ağır yol-nəqliyyat hadisəsi keçirdiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Valeh Arifoğlu bildirib ki, qəza nəticəsində özü xəsarət almasa da, avtomobilinə ciddi ziyan dəyib.

“Bir neçə gün əvvəl ağır yol-nəqliyyat hadisəsi keçirdim. Amma şükürlər olsun ki, sağ-salamat qaldım. Avtomobilimə ciddi ziyan dəydi. Mənim heç bir günahım olmasa da, bəzən qəza qaçılmaz olur. Hər şey bir anın içində baş verdi”.

Fotoqraf sükan arxasına əyləşən sürücülərə də müraciət edərək diqqətli olmağın vacibliyini vurğulayıb:

“Dostlar, sükan arxasında hər zaman diqqətli olun. Heç yerə tələsməyin. Allah hamınızı qorusun, yolunuz hər zaman açıq olsun”.