Məktəb hücumunun DƏHŞƏTLİ detalları bilindi – Xəbərdarlıq edibmiş… – FOTO

Məktəb hücumunun DƏHŞƏTLİ detalları bilindi – Xəbərdarlıq edibmiş… – FOTO

Türkiyənin Şanlıurfa vilayətində liseyə silahlı hücum edərək 16 nəfəri yaralayan 19 yaşlı Ömer Ketin hadisədən bir neçə gün əvvəl sosial şəbəkə hesablarında qorxunc xəbərdarlıqlar etdiyi məlum olub.

Məktəbin keçmiş məzunu olan hücumçunun instaqram hesabında “Hazır olun, bu məktəbdə bir neçə gün sonra hücum olacaq” və “Maskanın altındakı təbəssümün real olduğunumu düşünürsünüz?” kimi təhdid xarakterli paylaşımlar etdiyi üzə çıxıb. Hazırda hüquq-mühafizə orqanları bu paylaşımların və hücumun arxasındakı digər məqamların araşdırılmasını davam etdirir.

NOCOMMENT.az xəbər verir ki, Ömer Ket avtomat silahla təhsil müəssisəsinə daxil olaraq ətrafdakılara nizamsız atəş açıb. İnsident nəticəsində aralarında şagird və müəllimlərin də olduğu 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Cinayəti törədən şəxs daha sonra eyni silahla özünə atəş açaraq həyatına son qoyub. Hadisə bölgədə böyük təşvişə və kədərə səbəb olub.

Siverek SON DAKİKA! Şanlıurfa Siverek'te liseye saldıran Ö.K kimdir, öldü  mü? - Haberler

Sara,
NOCOMMENT.az