Mirzoyan Lavrovla görüşə GEDİR

Mirzoyan Lavrovla görüşə GEDİR

Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrovla Ararat Mirzoyan arasında Moskvada görüş keçiriləcək.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Görüşün tarixi aprelin 8-nə təyin olunub.

Danışıqlarda Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il razılaşmalarının icrasının müzakirəsi olacaq.