Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitro Kuleba arasında görüş olub.
NOCOMMENT xəbər verir ki, bu barədə Çavuşoğlu tviter hesabında paylaşım edib.
“Həmkarımla atəşkəs və sülh barədə danışdıq. Ukraynanın ərazi bütövlüyünə dəstəyimizi ifadə etdik”, – deyə o bildirib.











