Ömər Çelik: Qarabağda yaşayan erməni sakinlərin guya zorla köçürülməsi iddiaları yalandır

Ömər Çelik: Qarabağda yaşayan erməni sakinlərin guya zorla köçürülməsi iddiaları yalandır

Qarabağda soyqırımı, orada yaşayan erməni sakinlərin guya zorla köçürülməsi iddiaları yalandır.

NOCOMMENT.az apa-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin hakim AK Partiyanın sözçüsü Ömer Çelik bildirib.

O qeyd edib ki, BMT Qarabağa missiya göndərib və həmin missiya bəyanat yayaraq Qarabağda mülki infrastruktura ziyan dəymədiyini aşkara çıxarıb.