Azərbaycanla sərhədlərin delimitasiyası MDB-nin fundamental sənədlərinə əsaslanacaq.
NOCOMMENT axar-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Astanada keçirilən sammitində deyib.
“Bildiyiniz kimi, biz Azərbaycanla münasibətlərimizin normallaşdırılması üzərində işləyirik. Bu kontekstdə MDB-nin rolunun vacibliyini qeyd etməyi zəruri hesab edirik. Normallaşma prosesində delimitasiya və sərhəd komissiyalarının işi də davam edir. Təhlükəsizlik vacibdir, onun yaradılması barədə razılıq 2021-ci il noyabrın 26-da Soçidə Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin üçtərəfli görüşü zamanı əldə olunub”, – deyə Paşinyan bildirib.












