Prezident İlham Əliyev: Donald Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq

Prezident İlham Əliyev: Donald Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq

Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin “X” sosial şəbəkəsindəki paylaşımında yer alıb.

“Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik”, – paylaşımda deyilir.

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.