Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rəşad Sahil oğlu İsmayılov ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.
NOCOMMENT.az-ın Sfera.az-a istinadən xəbərinə görə, R.İsmayılov bu gün nazirliyin kollektivinə təqdim edilib.
O, bu təyinata qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparat rəhbəri vəzifəsində çalışıb.













