Prezident 2 sərəncam imzaladı

Prezident 2 sərəncam imzaladı

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək.

NOCOMMENT.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon 500 yüz min manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 400 yüz min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 400 yüz min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 400 yüz min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 400 yüz min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 400 yüz min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 400 yüz min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 yüz min manat ayrılıb.

Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 

Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə

Novruzov Cahangir Mütəllib oğlu

“Şöhrət” ordeni ilə

Aşina Məsud Rüstəm oğlu

“Dostluq” ordeni ilə

Acar Ziya Zakir Musa oğlu

“Tərəqqi” medalı ilə

Alaferdov Akif Qədir oğlu

Kələntər Xəlil Əliməmməd oğlu

Kərimova Sevinc Kərim qızı

Pənahova Fəridə Fərhad qızı

Siracov Bəxtiyar Tahir oğlu

Zeynalova Xədicə Əbdülrəhim qızı.