Putin gələn həftə İrəvana səfər edəcək

Putin gələn həftə İrəvana səfər edəcək

Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də İrəvanda keçiriləcək sammitində şəxsən iştirak edəcək.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, qurumun Təhlükəsizlik Şurasının sammiti noyabrın 22-23-də baş tutacaq.