Maşın dirəyə çırpıldı: Ölən və yaralananlar var

Maşın dirəyə çırpıldı: Ölən və yaralananlar var

Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, minik avtomobili idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan qadın sərnişin həyatını itirib.

Qəzada xəsarət alan digər şəxslər Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. (Unikal)