Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Ukraynada keçirilən xüsusi əməliyyatın gedişatını, həmçinin Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqları müzakirə edib.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Ukrayna tərəfinin Buçada baş verənlərlə bağlı informasiya və digər təxribatlarına fəal şəkildə qarşı durmağın zəruriliyi vurğulanıb”, – deyə Peskov bildirib.

İclasda Baş nazir Mixail Mişustin, parlamentin hər iki palatasının sədrləri Valentina Matviyenko və Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Kreml Administrasiyasının rəhbəri Anton Vayno və nazirlər iştirak ediblər.