Putin və Paşinyan üçtərəfli bəyanatların icrasını müzakirə ediblər

Putin və Paşinyan üçtərəfli bəyanatların icrasını müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020 və 2021-ci illərin üçtərəfli bəyanatlarının həyata keçirilməsinin müəyyən praktiki aspektlərinə toxunulub.

Ermənistan və Rusiya liderləri müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.