Universal studiyası əfsanəvi “Mumiya” franşizasının dördüncü hissəsində orijinal trilogiyanın bütün əsas aktyorlarını yenidən bir araya gətirməyə qərar verib.
NOCOMMENT.az xəbər verir ki, hələ 2025М-ci ilin sonunda Brendan Freyzer, Reyçel Vays və Con Hannanın layihəyə qayıdacağı məlum olmuşdu.
İndi isə studiya heyəti daha iki veteran aktyorla gücləndirib. Layihəyə rəsmi olaraq Kevin C. O’Konnor və Oded Fer də qoşulublar. O’Konnor məşhur hiyləgər Beni Qabor, Fer isə Ardet-Bey rolunu yenidən canlandıracaq. Məşhur İmhotep roluna isə Arnold Voslunun qayıdəcəyi gözlənilir.
Qeyd edək ki, premyerası 27 oktyabr 2027-ci ilə planlaşdırılan “Mumiya 4” filminin süjeti üçüncü hissənin – “Əjdaha imperatorunun məqbərəsi”nin hadisələrini nəzərə almayacaq.
Sara,
NOCOMMENT.az











