Rusiyada Ukraynadakı müharibənin başa çatdırılması yolları ilə bağlı siyasi dairələrdə növbəti qalmaqallı və radikal təklif səsləndirilib. Rəsmi şəxslərdən birinin çıxışı iclas zalında dərhal kəskin reaksiya ilə qarşılanıb.
NOCOMMENT.az Rusiya mediasına istinadən xəbər verir ki, Sosial Müdafiə Partiyasının Ali Şurasının Rəyasət Heyətinin üzvü Viktor Perov deputat həmkarlarına gözlənilməz təşəbbüslə müraciət edib. O, rusiyalı deputatların ölkə Prezidenti Vladimir Putinə rəsmi müraciət ünvanlamasını və bu müraciətdə müharibəyə son qoyulması üçün nüvə silahından istifadə edilməsinin xahiş olunmasını təklif edib.
Perovun qənaətinə görə, belə bir radikal və dağıdıcı addımın atılması qarşı tərəfi geri addım atmağa məcbur edə bilər və bu, tezliklə hər iki dövlət arasında sülh sazişinin imzalanmasına birbaşa təkan verər.
Lakin onun bu çağırışı iclas iştirakçıları və rəhbərlik tərəfindən birmənalı qarşılanmayıb. Nüvə ritorikasının bu dərəcədə qabardılmasını və belə bir təhlükəli təklifin səsləndirilməsini yolverilməz hesab edən iclasın sədri Perovun çıxışını yarımçıq kəsərək dərhal onun mikrofonunu söndürüb və ona fikrini tamamlamağa imkan verməyib.
Sara,
NOCOMMENT.az












