General-mayor Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Trend-ə FHN-dən bildirilib.
Qeyd edək ki, Teymur Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğludur.
Xatırladaq ki, 50 yaşlı T.Mehdiyev 2014-cü ildən sözügedən vəzifəni icra edirdi.











