XİN başçıları Rusiya əleyhinə bəyanat verdilər

XİN başçıları Rusiya əleyhinə bəyanat verdilər

“Ukraynadakı iyrənc hərəkətləri və vəhşiliklərinə görə Rusiyanın BMT İnsan Haqları Şurasına üzvlüyünü dayandırmağın vaxtı çatıb”.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə G7 (Böyük yeddilik) ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayıb.

“Mülki əhalinin ölümü, işgəncə qurbanları və açıq-aşkar edamlarla bağlı dəhşətli görüntülər, həmçinin cinsi zorakılıq və mülki infrastrukturun dağıdılması ilə bağlı xəbərlər Rusiyanın Ukraynaya və onun xalqına qarşı amansız təcavüzkar münasibətinin əsl simasını göstərir”, – deyə birgə məlumatda qeyd olunub.