XİN: Türkiyədə yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

XİN: Türkiyədə yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

Türkiyənin Bolu əyalətində yerləşən Kartalkaya xizəkçilik mərkəzində baş verən yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

NOCOMMENT.az xəbər verir ki, иu barədə APA-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Qeyd edək ki, son məlumata görə, yanğında 66 nəfər ölüb, 51 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.