İrana qarşı sanksiyaları genişləndirdilər

İrana qarşı sanksiyaları genişləndirdilər

ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirərək, siyahıya 10 qurum və 8 neft tankerini əlavə edib.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı müvafiq bildiriş Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən yayımlanıb.

Məhdudiyyətlər İran, Honkonq və Marşall Adalarında qeydiyyatdan keçmiş şirkətlərə şamil edilir.

Sanksiya siyahısına daxil edilmə ABŞ-nin yurisdiksiyası daxilindəki aktivlərin bloklanması ilə nəticələnir və ABŞ vətəndaşları ilə şirkətlərin həmin tərəflərlə biznes əlaqələri qurmasını qadağan edir.