Siyasi partiyaların Azərbaycandan kənarda hesab açması qadağan edilirbackend

Siyasi partiyaların Azərbaycandan kənarda hesab açması qadağan edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyasi partiyaların Azərbaycandan kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağan edilir.

NOCOMMENT xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.

Bu barədə layihənin “Siyasi partiyanın fəaliyyətinin maddi təminatı” adlı V fəslinin 24.3-cü bəndində bildirilir: “Siyasi partiyanın Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağandır.

Üzvün siyasi partiyaya il ərzində ödədiyi üzvlük haqlarının yuxarı həddi 10 000 manatdan artıq ola bilməz. Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab ediləcək”.