Slovakiya Baş nazirinə sui-qəsd anının görüntüsü yayılıb – VİDEObackend

Slovakiya Baş nazirinə sui-qəsd anının görüntüsü yayılıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiya Baş nazirinə sui-qəsd anının görüntüsü yayılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Slovakiyanın Baş naziri Robert Fitso hökumət binasından çıxandan sonra əraziyə toplaşmış insanlara yaxınlaşıb.

Görüntüdən aydın olur ki, insanların arasından ona atəş açılır.

Atəş açan şəxs polis tərəfindən tutulub.

Slovakiya mediası onun məşhur slovakiyalı yazıçı Yuray Çintula olduğunu yazıb.

71 yaşlı yazıçının müxalif “Proqressiv Slovakiya” partiyasının tərəfdarlarından olduğu qeyd edilib.

Baş nazir Fitso ayaqlarından, qarın boşluğundan və sinəsindən yaralanıb. O, helikopterlə xəstəxanaya çatdırılıb.

Vəziyyətinin ağır olduğu bildirilir.