Slovakiya Ukraynaya 40,3 milyon avroluq hərbi yardıma icazə vermədibackend

Slovakiya Ukraynaya 40,3 milyon avroluq hərbi yardıma icazə vermədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiya hökuməti respublikanın Ukraynaya 40,3 milyon avro dəyərində yeni hərbi yardım paketinin ayrılmasına mane olub .

NOCOMMENT.az pravda.sk xəbər portalına istinadla xəbər verir ki ,Ukraynaya silah və sursatların verilməsi təklifi Nazirlər Kabinetinə Slovakiya Müdafiə Nazirliyinin keçmiş rəhbərliyi tərəfindən göndərilib.

 Sentyabrın 30-da respublikada parlament seçkiləri keçirilib, ondan sonra İstiqamətin – Sosial Demokratiya partiyasının lideri Robert Fikonun rəhbərlik etdiyi kabinet formalaşdırılıb. Müdafiə Nazirliyinin əvvəlki rəhbərliyi vəzifəsindən azad edilib.

Fiko bildirib ki, ölkə bundan sonra Kiyevə milli silahlı qüvvələrin anbarlarından hərbi yardım göndərməyəcək. Eyni zamanda, hakimiyyət Ukraynaya kommersiya silah və sursat tədarükünün qarşısını almayacaq.