SOCAR-ın adından istifadə edən dələduzlar kimlərdir…backend

SOCAR-ın adından istifadə edən dələduzlar kimlərdir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 25-də SOCAR TOWER-də Quba rayonunun Təngəaltı kənd sakini, 1985-ci il təvəllüdlü Mövlanov Ehtiram Adil oğlu və onun qohumu, Bakı şəhəri Pirallahı qəsəbə sakini,1981-ci il təvəllüdlü Qasımova Kəmalə Fazil qızı ilə onların müraciəti əsasında görüş keçirilib.

SOCAR-dan NOCOMMENT-ə verilən məlumata görə, onlar görüş zamanı bildiriblər ki, son bir il ərzində qurumun adından istifadə edən bir qrup şəxs tərəfindən müxtəlif yollarla (“pandemiya ilə bağlı evdə qalın – SOCAR bunun əvəzində sizə pul ödəyəcək” və ya “SOCAR istismarda olmuş avtomobilləri hərraca çıxarır, iştirak haqqı ödəmək lazımdır” və s. kimi bəhanələrlə) aldadılaraq külli miqdarda maliyyə vəsaitləri mənimsənilib:

“Bir qrup dələduz SOCAR-ın nüfuzundan istifadə edərək hətta vətəndaşların etibarını qazanmaq və sonradan sui-stifadə etmək məqsədilə internetdə www.socar-ltd.com adlı sayt açaraq şirkətin adından müxtəlif elanlar, məqalələr, xəbərlər yerləşdirmiş, vətəndaşlarla əlaqə zamanı bu sayta istinad etmişlər. Aparılan araşdırma zamanı internetdə axtarış verərkən belə bir saytın mövcud olduğu müəyyən edilib.

Görüş zamanı vətəndaşlara qeyd olunan dələduz qrupun və saytın SOCAR-a heç bir aidiyyatının olmadığı bildirilib, faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyə olunub”.

“Bir daha ölkə vətəndaşlarına müraciət edərək bildiririk ki, SOCAR tərəfindən hər hansı bir məsələ ilə bağlı vətəndaşlardan pul vəsaiti tələb olunmur. Son dövrdə bir neçə dəfə SOCAR adından vətəndaşların dələduzlar tərəfindən aldadılması hallarına rast gəlinib. Bu kimi hallarla rastlaşan vətəndaşların hüquq-mühafizə orqanlarına müraciət etməsi tövsiyə olunur”, – deyə məlumatda qeyd olunub.