Şok açıqlama: Azərbaycan polisi Xankəndiyə daxil olacaqbackend

Şok açıqlama: Azərbaycan polisi Xankəndiyə daxil olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda artıq hamı dərk etməyə başlayıb ki, Bakı Qarabağda vəziyyəti tam olaraq öz nəzarətinə götürmək niyyətindədir.

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Razmik Akopcanyan bildirib.

“Hazırda hər şey Azərbaycanın xeyrinə işləyir. Siyasi proseslər, Avropanın təbii qazdan asılılığı… İrəvanın bu təzyiq içində başı fırlandı, Bakı isə dividendlər yığdı.

“Moskva” kreyseri kimi Rusiyanın 3 gəmisi var idi. İndi ikisi qalıb. Bu, Kreml üçün həm hərbi, həm də psixoloji cəhətdən çox böyük zərbə oldu. Artıq Rusiyanın Qara dənizdə donanması yoxdur. Demək ki, rus əsgərləri Qarabağda yavaş-yavaş azalacaq və həmin ərazilərə Azərbaycan Ordusu daxil olacaq. Bu gün-sabah Azərbaycan polisi və əsgəri Xankəndidə öz qaydalarını tətbiq edəcək. Oradakı ermənilər isə sakitcə tabe olacaq”, – deyə o qeyd edib.