ŞOK! İranda yaxın günlərdə DƏHŞƏTLİ hadisələr olacaq – İğtişaşlar CIĞIRDAN ÇIXDIbackend

ŞOK! İranda yaxın günlərdə DƏHŞƏTLİ hadisələr olacaq – İğtişaşlar CIĞIRDAN ÇIXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda son günlər müşahidə olunan etiraz dalğası təkcə təhlükəsizlik və siyasi müstəvidə deyil, eyni zamanda sosial-iqtisadi kontekstdə də ciddi müzakirələrə səbəb olub. Bir sıra şəhərləri əhatə edən aksiyalar, hakimiyyətin sərt müdaxiləsi və rəsmi Tehranın hadisələrə münasibəti ölkə daxilində dərin ziddiyyətlərin mövcud olduğunu bir daha gündəmə gətirib. 

Bundan başqa, İsrailin Xarici İşlər Nazirliyi rəsmi sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.

Paylaşımda “Bütün gözlər İranda” ifadəsi yer alıb, vizual materialda isə Şah dövrünə aid İran bayrağından istifadə edilib və ölkə bütöv xəritə şəklində təqdim olunub.

Paylaşım regional və beynəlxalq auditoriyada geniş rezonans doğurub, müxtəlif şərhlərə səbəb olub. Müşahidəçilər Şah dövrünün bayrağının seçilməsini İran daxilində baş verən proseslərə yönəlik simvolik siyasi mesaj kimi dəyərləndirirlər. 

Bəs İsrailin sosial şəbəkədə Şah dövrünə aid bayraqla birlikdə İranın xəritəsini təqdim etməsi və “Bütün gözlər İranda” ifadəsini işlətməsi hansı simvolik və siyasi mesajı ifadə edir, bu, İran daxilindəki etirazlarla bağlı regional strategiyalara necə təsir edə bilər və belə bir paylaşımın Tehran-İsrail münasibətləri və ümumilikdə Yaxın Şərqdəki geopolitik dinamika üzərində potensial təsirləri nələr ola bilər?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Samir Əsədli qeyd edib ki, İranda son dövrlərdə baş verən genişmiqyaslı etirazlar ölkə daxilində sosial-iqtisadi gərginliyin dərinləşdiyini bir daha üzə çıxarıb: “Yanacaq qiymətlərinin artırılmasından sonra başlayan narazılıqlar qısa müddətdə bir çox şəhərlərə yayılıb və minlərlə insanın iştirakı ilə kütləvi aksiyalara çevrilib. Küçələrə çıxan insanlar əsasən artan inflyasiya, işsizlik, yaşayış xərclərinin yüksəlməsi və sosial ədalətsizlikdən şikayətlənirlər. Etirazların ilk mərhələsində tələblər daha çox iqtisadi xarakter daşısa da, zaman keçdikcə səslənən şüarlar siyasi məzmun almağa başlayıb”.

Samir Əsədli

Əsədli qeyd edib ki, rəsmi Tehran isə bu hadisələrə fərqli prizmadan yanaşır: “İran rəsmiləri ölkədə yaşanan çaxnaşmaları daxili sosial problemlərlə deyil, xarici müdaxilə ilə əlaqələndirirlər. Onların iddiasına görə, sürgündə olan bəzi qruplar və İranın xarici düşmənləri ölkə daxilində sabitliyi pozmaq məqsədilə etirazları qızışdırır. Bu kontekstdə ənənəvi olaraq ABŞ, İsrail və Səudiyyə Ərəbistanı günahlandırılır. Rəsmi açıqlamalarda bildirilir ki, sosial şəbəkələr, xaricdən yayımlanan media resursları və maliyyə dəstəyi vasitəsilə iğtişaşlar təşkil olunur və cəmiyyət daxilində narazılıq süni şəkildə dərinləşdirilir”.

Ekspert qeyd edib ki, İran hakimiyyəti tərəfindən tez-tez səsləndirilən iddialardan biri də 1979-cu ildə devrilmiş şah rejimi ilə bağlıdır: “Rəsmilərin fikrincə, bəzi xarici mərkəzlərin əsas məqsədi şahın oğlu Rza Pəhləvini hakimiyyətə gətirmək, bunun üçün isə kütləvi xalq hərəkatları yaratmaqdır. Bu iddia rəsmi ritorikada təhlükə kimi təqdim olunur və etirazların arxasında monarxiya tərəfdarlarının dayandığı vurğulanır. Amma İranda etirazların əsas səbəbi illərlə yığılıb qalan struktur iqtisadi problemlərdir. Sanksiyaların təsiri, milli valyutanın dəyərsizləşməsi, yüksək inflyasiya və geniş sosial təbəqələrin yoxsullaşması cəmiyyətdə ciddi narazılıq yaradıb. Dindarların və ruhani hakimiyyətin bütün məsuliyyəti xarici qüvvələrin üzərinə atması cəmiyyətin real problemlərini arxa plana keçirmək məqsədi daşıyır”.

Onun sözlərinə görə, Rza Pəhləvi faktoru daha çox simvolik xarakter daşıyır və onun İran daxilində geniş siyasi dayağa malik olması hələlik real görünmür. Buna baxmayaraq, rəsmi Tehran bu mövzunu ön plana çıxararaq etirazların legitim sosial səbəblərdən deyil, xaricdən idarə olunan planlardan qaynaqlandığını göstərməyə çalışır: “Ümumiləşdirsək, İranda baş verən son hadisələr ölkədəki dərin sosial-iqtisadi böhranın və ictimai narazılığın açıq təzahürüdür. Bir tərəfdə hakimiyyətin xarici düşmənlərə yönələn ittihamları, digər tərəfdə isə gündəlik həyatın ağırlaşmasından bezmiş geniş kütlələrin etirazı dayanır. Proseslərin hansı istiqamətdə inkişaf edəcəyi isə həm İranın daxili siyasəti, həm də regiondakı ümumi geosiyasi vəziyyət baxımından həlledici əhəmiyyət daşıyır”.