Şok pəhrizlər infarkt yaradır – DİETOLOQbackend

Şok pəhrizlər infarkt yaradır – DİETOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şok pəhrizləri orqanizmdə hormon balansını pozur. Aşağı qan təzyiqi, zəif konsentrasiya, insulin müqaviməti, ani infarkt, saç tökülməsi, yorğunluq, hormonal pozğunluqlar, çəki artımı və depressiya ən əhəmiyyətli yan təsirləridir”.

NOCOMMENT.az xəbər verir ki, bunu türkiyəli dietoloq Gizem Özölmez şok pəhrizlərlə bağlı xəbərdarlıq edərkən deyib. 

Özölmez, “Bir çox insanın tez arıqlamaq məqsədi ilə etdiyi çox aşağı enerjili şok pəhrizlər və detokslar arıqlamağın ən sürətli yolu kimi görünsə də, bədəndəki yan təsirləri bu qədər tez müalicə olunmaya bilər. Zülallı, az yağlı, ödemi azaldan, tək qidalı və çox aşağı kalorili “şok pəhrizlər” tez arıqlamaq və güzgüdə gözəl görünmənizi vəd edə bilər. Amma bu, aclıq-toxluq balansını poza bilər”.