“Almaniyanın federal kansleri Olaf Şolts əvvəlki söhbətdən sonra tənqid dalğasının ona tuş gəlməsinə baxmayaraq, Rusiya prezidenti Vladimir Putinə yenidən zəng etmək niyyətini bəyan etməklə, növbəti dəfə ukraynalıları qəzəbləndirməyə çalışır”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Do Rzeczy” portalı məlumat yayıb.
Mətnə görə, Ukraynanın müttəfiqlərinin iki ölkə liderləri arasında telefon danışığına mənfi reaksiyasından sonra Şolz Moskvanın sülh danışıqları ilə bağlı mövqeyini öyrənməyi planlaşdırdığını qeyd edərək, zəngin “səbəblərini izah etməyə çalışıb”.
“Şolts yenidən ukraynalıları qəzəbləndirmək istəyir”, – müəlliflər qeyd edib.