KoronaVirus İnformasiya Portalı
Son bir həftə ərzində üç nəfər spirtli içkidən zəhərlənibbackend

Son bir həftə ərzində üç nəfər spirtli içkidən zəhərlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir həftə ərzində üç nəfər spirtli içkidən zəhərlənib.

NOCOMMENT xəbər verir ki, bu barədə oxu.az-a 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.

Həkim bildirib ki, son bir həftə ərzində şöbəyə müraciət edənlərin sayı az olub: “Xəstəxananın Toksikologiya Şöbəsinə dərman zəhərlənməsi ilə dörd nəfər, sirkə turşusu ilə iki nəfər, dərman mənşəli allergik reaksiya ilə beş nəfər, spirtli içki ilə üç nəfər müraciət edib. Sirkə turşusu ilə zəhərlənən pasiyentlərin vəziyyəti ağırdır. Müraciətlər arasında ölən yoxdur”.

A.Maqsudov bir nəfərin əqrəb sancması ilə müraciət etdiyini və tövsiyə alaraq evə buraxıldığını qeyd edib.