SON DƏQİQƏ: İtkin düşən şəxslərin minaya düşdükləri məlum olub, meyitləri tapılıbbackend

SON DƏQİQƏ: İtkin düşən şəxslərin minaya düşdükləri məlum olub, meyitləri tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsi və ANAMA əməkdaşlarının birgə keçirdikləri axtarış tədbirləri nəticəsində iyulun 30-da itkin düşmüş Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri, 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş meyitləri Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə tapılıb.

DİN-dən verilən məlumata görə, hava şəraiti səbəbindən meyitlər ərazidən çıxarıla bilməyib.

Sabah prokurorluğun əməkdaşları ilə birgə çıxarılacaq. / Report