SON DƏQİQƏ: Satış və xidmət mərkəzlərinə onlayn satışa keçmək tövsiyə olundubackend

SON DƏQİQƏ: Satış və xidmət mərkəzlərinə onlayn satışa keçmək tövsiyə olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Azərbaycanda koronavirusa (COVID-19) yoluxma sayında rekord göstəricinin qeydə alınması hökuməti əlavə tədbirlərin görülməsinə məcbur edib.

NOCOMMENT-in məlumatına görə, artıq qabaqlayıcı tədbirlərin görülməsinə başlanıb.

Belə ki, hazırda açıq şəkildə müştərilərə xidmət göstərən mağazalar, satış və ictimai xidmət mərkəzlərinə onlayn satış və xidmətlərin həcminin artırılması üçün tövsiyələr verilib.

Onlara qarşıdakı 10 gün ərzində müştərilərlə təması tam minimuma endirməyi və müxtəlif platformalar vasitəsi ilə elektron satışı təşkil etmək məsləhət görülüb.

Mənbənin məlumatına görə, yoluxmaların sayı artacağı təqdirdə noyabrın 3-dən etibarən marketlər istisna olmaqla digər satış və xidmət mərkəzlərinin yenidən qapadılması nəzərdə tutulub.