Son günlər yoluxmaların artma səbəbi nədir? – AÇIQLAMAbackend

Son günlər yoluxmaların artma səbəbi nədir? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən iki gün ərzində koronavirusa yoluxmaların sayında artım müşahidə olunmaqdadır. Belə ki, son iki gündə yoluxmalar min rəqəminin üzərindədir.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı trend-ə açıqlama verən Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov virusun artacağı ilə bağlı narahatlıqların əvvəlcədən olduğunu bildirib.

“Bundan əvvəl bildirmişdik ki, virusun yayılmasının artması üçün şərait var. Yəni bizim bununla bağlı narahatlıqlarımız əsassız deyil. Səbəblər də bəllidir. Yumşalmalara gedilir, təmaslar artır, təhsil bərpa olunub. Gələn həftə “məhərrəmlik”dən sonra toylar da bərpa olunacaq. Bundan əlavə, havaların soyuması ilə insanların qapalı məkanlarda toplaşması halları artıb. Bütün bunlar virusun artmasına xidmət edir”, – deyə  baş infeksionist bildirib.

T.Eyvazov əlavə edib ki, bunun qarşısını almaq üçün əsas amillərdən biri əhalinin vaksinasiya olunması və qaydalara düzgün riayət etməsidir.