Sona erməni təmsilçisini qucaqlayıb təbrik etdi – VİDEObackend

Sona erməni təmsilçisini qucaqlayıb təbrik etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gün Parisdə keçirilən “Uşaq Avroviziyası-2021”in qalibi Ermənistan təmsilçisi Malena olub. O, 224 xalla birinci pillədə qərarlaşıb.

NOCOMMENT.az xəbər verir ki, qalibi Azərbaycan təmsilçisi Sona Əzizova da təbrik edib. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Təmsilçimiz ona yaxınlaşaraq təbriklərini çatdırıb. Malena isə bu jestə cavab olaraq Sonanı qucaqlayıb. Bu görüş sülh mesajı kimi qəbul edilib.

Qeyd edək ki, S.Əzizova müsabiqədə 151 xalla 5-ci yeri tutub.