Sosial mediada Zelenskinin öldürüldüyü bildirilir: Şayiə, yoxsa…backend

Sosial mediada Zelenskinin öldürüldüyü bildirilir: Şayiə, yoxsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski Odessada partlayış baş verən zaman orada ola bilərdi.

NOCOMMENT.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.

Yunanıstan mediası da öz növbəsində qeyd edib ki, Odessada Zelenskinin ölkəyə gələn Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə görüşü nəzərdə tutulub.

İnternetdə həmçinin xəbər verilir ki, şahidlər Ukrayna liderinin kortejinin limana doğru tələsdiyini görüblər. Ukraynalı jurnalistlərin məlumatına görə, orada ukraynalı hərbçilərin mükafatlandırılması mərasimi keçirilməli idi. Lakin Zelenskinin Odessaya səfəri rəsmi olaraq təsdiqlənməyib. Partlayışın səbəbi ilə bağlı hələlik məlumat yoxdur.

Bu arada internet istifadəçiləri artıq Vladimir Zelenskinin ölə biləcəyi ilə bağlı şayiələri müzakirə edirlər. Ukrayna hakimiyyətinin hansısa səhnələşdirmə apardığına dair versiyalar da var.