Sosial Müdafiə Fondu uşaqları ayaqqabısız qoyur – ŞİKAYƏTbackend

Sosial Müdafiə Fondu uşaqları ayaqqabısız qoyur – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial Müdafiə Fonduna ünvanlı sosial yardımla bağlı yaydan bəri müraciət edən imkansız ailə vətəndaş Sona Ərəbova müraciətinə baxılmadığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, Tribunainfo.az-a şikayətini bildirən Sona Ərəbova qeyd edib ki, tək yaşadığı üçün övladına ayaqqabı belə ala bilmir. Bu səbəbdən dolayı uşaq dərsdən qalır.

Şikayətçinin sözlərinə görə, bütün sənədlər qaydasında olduğu halda ona bildiriblər ki, 15 gün ərzində evə baxış keçiriləcək. Lakin yaydan bəri evə baxış keçirilmir. Hətta qeydiyyatçılar nömrəni də səhv qeyd edirlər ki, sənədlərdə problem çıxsın. Halbuki iki dəfə nömrəni təkrar etdiyi halda nömrə qeydiyyatda səhv göstərilir.

Bu səbəbdən dolayı ikinci dəfə sənəd təqdim edən vətəndaşı hər dəfə yola verirlər, evə baxış keçirilmir.

Baxış zamanı vətəndaş fondun əsaslarına uyğun olaraq evdə olmalıdır deyə iş tapıb işləyə də bilmir ki, birdən baxış keçirməyə gələrlər, evdə olmaz.

Məsələ ilə bağlı Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili ilə əlaq saxladıq. O da hər dəfə “araşdırma aparılır”, – deyərək vətəndaşı və medianı yola verir.

Qarşı tərəfin açıqlamasını dərc etməyə hazırıq.