“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 39 870 hərbçisi məhv edilib”.
NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 737 tank, 3 959 zirehli döyüş maşını, 880 artilleriya sistemi, 258 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 222 təyyarə, 189 helikopter, 722 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 835 avtomobil texnikası və avtosistern, 75 xüsusi texnikadan ibarətdir.












