37 ölkədə 49 seçki məntəqəsi yaradılıb – MSK sədri

37 ölkədə 49 seçki məntəqəsi yaradılıb – MSK sədri

Ölkədən kənarda yaşayan seçicilərin səsvermə hüququnu təmin etmək üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında məlumat verib.

O bildirib ki, həmin məntəqələrdə xaricdə yaşayan soydaşlarımız səs verə biləcəklər.