AFFA-nın yeni prezidenti bu tarixdə bəlli olacaq

AFFA-nın yeni prezidenti bu tarixdə bəlli olacaq

Xəbər verdiyimiz kimi, bu gün Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

NOCOMMENT.az qafqazinfo-ya istinadən xəbər verir ki, iclasda AFFA-nın növbəti Hesabat-Seçki Konfransının vaxtı müəyyənləşib.

Konfrans aprelin 2-nə təyin edilib.

Qeyd edəki, AFFA-nın hazırkı prezidenti Rövnəq Abdullayev növbəti seçkilərdə namizəd olmayacağını açıqlayıb.