AMB İdarə Heyətinin sabiq üzvləri ilə bağlı açıqlama yayıb

AMB İdarə Heyətinin sabiq üzvləri ilə bağlı açıqlama yayıb

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sabiq üzvləri Alim Quliyev və Vadim Xubanov səlahiyyət müddətinin bitməsi, Aftandil Babayev isə təqaüdə çıxması ilə əlaqədar olaraq işdən ayrılıblar.

NOCOMMENT bu barədə AMB-yə istinadən xəbər verir.

“Mərkəzi Bankın rəhbərliyi və kollektivi bank sektorunda uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə onlara minnətdarlığını bildirir”, – deyə məlumatda bildirilib.