Astarada gənc oğlan əmisi arvadını BALTALADI

Astarada gənc oğlan əmisi arvadını BALTALADI

Astarada gənc oğlan yaxın qohumuna balta ilə ağır xəsarət yetirib.

NOCOMMENT xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə rayonun Ovala kəndində baş verib. Bir neçə gün əvvəl kənd sakini, 20 yaşlı Möhlət Rəhmətov balta ilə əmisinin həyat yoldaşı, 1984-cü il təvəllüdlü Zöhrə Əzizovaya kürək nahiyəsindən ağır xəsarət yetirib.

Qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.