“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyulun 25-dən başlayaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan Özbəkistanın paytaxtına həftədə 3 dəfə uçuşlar yerinə yetirməyə başlayacaq.
AZAL-dan NOCOMMENT-ə verilən məlumata görə, Bakı-Daşkənd-Bakı marşrutu üzrə aviareyslər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetiriləcək.












