Azərbaycan hərbçiləri rus sülhməramlılarının kolonunu saxlayaraq geri qaytarıblar

Azərbaycan hərbçiləri rus sülhməramlılarının kolonunu saxlayaraq geri qaytarıblar

Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan əraziyə icazəsiz silah daşınması cəhdinin qarşısı alınıb.

NOCOMMENT minval-a istinadən verir ki, Azərbaycan Ordusunun nəzarət buraxılış məntəqəsində Rusiya sülhməramlılarına aid 1 ədəd 82A zirehli maşın və 3 ədəd “Ural” markalı avtomobil yoxlanılması üçün dayandırılıb.

Avtombillərə baxış zamanı birinin yük hissəsində 5 ədəd avtomat aşkar edilib.

Qaydaları kobud şəkildə pozaraq silah-sursatı qanunsuz daşıdığına görə, avtomobil karvanı nəzarət buraxılış məntəqəsindən buraxılmayıb.