Azərbaycan Mərkəzi Bankında kadr dəyişikliyi olub

Azərbaycan Mərkəzi Bankında kadr dəyişikliyi olub

Azərbaycan Mərkəzi Bankının (AMB) “İnzibati departament”inin adı “İnzibati və satınalmalar departamenti”nə dəyişdirilib.

Qurumdan NOCOMMENT-ə verilən məlumata görə, həmin departamentə rəhbərlik edən Murad İsgəndərli vəzifəsindən azad edilib, onun yerinə Fərhad Vəliyev təyin olunub.

Yeni direktor bundan əvvəl AMB-nin sədrinin müşaviri işləyib. O, tənzimləyici quruma “PAŞA Bank” ASC-dən gətirilib.