Azərbaycanda qeydiyyatda olan SPİD xəstələrinin sayı açıqlanıb

Azərbaycanda qeydiyyatda olan SPİD xəstələrinin sayı açıqlanıb

Azərbaycanda 44 nəfər İnsan immunçatışmazlığı virusuna (İİV) yoluxub.

NOCOMMENT xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-iyun aylarının yekununa dair məlumatda qeyd edilib.

Ümumilikdə 1988-ci ildən Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 9 806 nəfər qeydiyyata götürülüb (9 485-i Azərbaycan vətəndaşı, 321-i əcnəbi). İİV-ə yoluxanların 6 998-i kişi, 2 808-i qadındır.

Onlardan 3 531-i İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmin kateqoriyadan olan şəxslərin 2 482 nəfəri hazırda dispanser qeydiyyatındadır.