Bakıda avtomobillər toqquşub, ölənlər və yaralanan var.
NOCOMMENT xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Toyota Prius” avtomobili ağırtonnajlı maşına çarpılıb. Nəticədə “Toyota Prius”un sürücüsü Nəbiyev Anar Eldar oğlu və sərnişini Məmmədova Mahirə Mahir qızı ölüblər.
Faktla bağlı araşdırma aparılır.












