Bakıda ana iki azyaşlı uşağı ilə özünü binadan atdı

Bakıda ana iki azyaşlı uşağı ilə özünü binadan atdı

Bakıda qadın iki uşağı ilə birlikdə intihara cəhd edib.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış kompleksində baş verib.

Məlumata görə, 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı öz uşaqları – 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə binanın beşinci mərtəbəsindən özünü atıb.

Hadisə nəticəsində 3 yaşlı Sara Abbasova ölüb. Ana və onun 4 yaşlı övladı ağır xəsarətlərlə 1 nömrəli xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, A.Abbasovanın həyat yoldaşı Rusiyada yaşayır. Aytən övladları ilə birgə qayınanası ilə kirayədə yaşayırmış.

İntihara cəhdin dəqiq səbəbi bilimir.

Faktla bağlı araşdırma aparılır.