Bakıda ərini öldürən qadına hökm oxunub

Bakıda ərini öldürən qadına hökm oxunub

Bakıda ərini öldürməkdə təqsirləndirilən Gülnar Vəlizadəyə hökm oxunub. O, 9 il müddətinə azadlıqdan məhrum edilib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Xatırladaq ki, dövlət ittihamçısı da təqsirləndirilən şəxsə 9 il iş istəmişdi.

Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Elşən Əlizadə həyat yoldaşı 1991-cı il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

G.Vəlizadəyə qarşı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.