Bakının “Kosmos” yaşayış kompleksində çəkildiyi iddia edilən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, yayılan videoda mühafizəçinin avtomobili saxlayaraq binanın çıxışında gözləyən sakinlərə və sürücülərə yol vermədiyi görünür.
İddiaya görə, kompleksdə çalışan bəzi mühafizəçilər taksi sürücüləri və kuryerlərlə kobud davranır, hətta “qanunu biz qoyuruq” deyərək Azərbaycan qanunlarına məhəl qoymadıqları bildirilir.
Hadisə ilə bağlı görüntülər qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər tərəfindən etirazla qarşılanıb.
Hələlik məsələ ilə bağlı yaşayış kompleksinin rəhbərliyi tərəfindən rəsmi açıqlama verilməyib.












