Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 nəfər müraciət edib.
NOCOMMENT xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölməlrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova bildirib.
Z.Ədilova qeyd edib ki, onlardan 17 nəfəri hospitalizasiya edilib, 8 nəfərə yerində yardım göstərilib: “Müraciət edənlərdən 19-u böyük, 6-sı uşaq olub”.












